Avropada dizel yanacağı bahalaşıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Daxili bazarda sabitliyi təmin etmək üçün Rusiyanın benzin və dizel ixracına qoyduğu müvəqqəti məhdudiyyətdən sonra Avropada dizel yanacağının qiyməti 5 faiz bahalaşıb.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, hazırda Avropa bazarlarında bir ton dizel yanacağının qiyməti min dolları ötüb.
Sentyabrın 21-də Rusiya hökuməti benzin və dizel ixracına müvəqqəti məhdudiyyət tətbiq edib. Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin qadağanın hələlik müddətsiz olduğunu bildirib və deyib ki, müddət bazardan və tədbirin nəticələrindən asılı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]