Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klublar
Bakı, 11 mart, AZƏRTAC
Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klubların adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıya 58 matçın hamısında qələbə qazanan “Milan” başçılıq edir. “Rossonerilər” bu uğuru 1991-1993-cü illər mövsümlərində qazanıb.
“Bavariya”sı (53) ikinci, “Arsenal” (49) isə üçüncü pillədə qərarlaşıb.
“Qarabağ”ın UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsindəki rəqibi “Bayer” ilk “onluq”da yer alıb. Almaniya Bundesliqasının XXV turunda “Volfsburq”a 2:0 hesabı ilə qalib gələn Leverkuzen təmsilçisi məğlubiyyətsizlik oyunlarının sayını 36-ya çatdırıb. Xabi Alonsonun komandası bu mövsümü məğlubiyyətsiz başa vursa belə “Milan”ın rekordunu qırmaq şansı yoxdur.
Avropada ən uzun məğlubiyyətsizlik seriyasına imza atan klublar:
1.“Milan”, İtaliya – 58 oyun (1991-1993)
2.“Bavariya”, Almaniya – 53 oyun (2012-2013)
3.“Arsenal”, İngiltərə - 49 oyun (2003-2004)
4.“Yuventus”, İtaliya - 49 oyun (2011-2012)
5.“Barselona”, İspaniya - 43 oyun (2017-2018)
6.“Nottinqem Forrest”, İngiltərə - 42 oyun (1997-1998)
7.“Çelsi”, İngiltərə - 40 oyun (2004-2005)
8.“Fiorentina”, İtaliya - 40 oyun (1995-1996)
9.“Real Sosyedad”, İspaniya - 38 oyun (1979-1980)
10.“Bayer”, Almaniya – 36 oyun (2023-).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]