AVSTRALİYA YUNANLARA OLİMPİYA MƏŞƏLİNİ QORUMAĞI QADAĞAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Röyter agentliyinin yaydığı məlumata görə, Avstraliyanın Yeni Cənubi Uels və Viktoriya ştatlarının hakimiyyət orqanları Olimpiya oyunlarının təşkilatçılarına olimpiya məşəlini qorumağı qadağan etmişlər. Belə ki, bu ölkənin qanunlarına görə, Avstraliya vətəndaşı olmayanlar burada polis nəfəri və ya mühafizəçi kimi işləyə bilməzlər. Avstraliya Olimpiya Komitəsinin prezidenti bildirmişdir ki, bu problem həll olunmayınca, məşəldaşıyanlar Avstraliya torpağına buraxılmayacaqlar. Sonra Olimpiya məşəli Tokioya aparılmalıdır.
Məşəlin Avstraliyada səfəri iyunun 4-də başlanmalıdır. Bunun üçün 277 məşəldaşıyan hazırlanmışdır.