Avstraliyalı tennisçi Eşli Barti “Roland Garros” turnirinin qalibi olub
Bakı, 8 iyun, AZƏRTAC
Avstraliyalı tennisçi Eşli Barti çexiyalı Marketa Vandrouşovanı məğlub edərək Fransa açıq çempionatının (“Roland Garros”) qalibi olub.
AZƏRTAC xəbər verir ki, final oyunu 23 yaşlı Avstraliya təmsilçisinin 2:0 (6:1 və 6:3) hesablı qələbəsi ilə başa çatıb.
Hər iki tennisçi karyeralarında ilk dəfə “Böyük dəbilqə” seriyasının finalında iştirak edib.
Fransa açıq çempionatına iyunun 9-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 42,66 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, turnirin sonuncu günü kişilər arasında final qarşılaşması keçiriləcək. Finalda Dominik Tim (Avstriya) və Rafael Nadal (İspaniya) üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]