Avstraliyanın Daxili İşlər naziri Piter Datton yeni koronavirusa yoluxub
Tokio, 13 mart, AZƏRTAC
Martın 13-də Avstraliyanın Daxili İşlər naziri Piter Datton yeni koronavirusla bağlı onda aparılan yoxlamanın müsbət nəticə verdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə P.Datton özünün “Twitter” səhifəsində yazıb: “Bu gün səhər yüksək temperatur və boğazımdakı ağrı məni yuxudan oyatdı. Təcili olaraq Kvinslend Səhiyyə Departamenti ilə əlaqə saxladım. Nahar vaxtı mənə bildirdilər ki, aparılan yoxlamanın nəticəsi müsbətdir”.
Nazirin bildirdiyinə görə, hazırda o, xəstəxanadadır və özünü yaxşı hiss edir.
Əlavə olaraq bildirək ki, bu günədək Avstraliyada yeni koronavirusa 120 yoluxma halı qeydə alınıb. Yoluxanlardan üçü vəfat edib, 19 nəfər isə müalicə edilərək evə buraxılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]