Avstriya millisinin futbolçusu milli komandalar tarixində ən sürətli qola imza atıb
Bakı, 24 mart, AZƏRTAC
Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner milli komandalar tarixində ən sürətli qolu imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ötən gün Slovakiya yığması ilə keçirilən yoldaşlıq görüşünün altıncı saniyəsində rəqibi cəzalandırıb.
Bununla da o, milli komandalar tarixində ən erkən qolun müəllifi olub.
Görüş Avstriya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, əvvəlki rekord 2013-cü ildə Ekvadorla matçın yeddinci saniyəsində fərqlənən Almaniya millisinin sabiq üzvü Lukas Podolskiyə məxsus idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]