AVSTRİYADA FUTBOL MATÇININ İŞTİRAKÇILARI İLDIRIM VURMASINDAN ZƏRƏR ÇƏKMİŞLƏR
Bakı, 16 iyul (AZƏRTAC). Avstriyanın kiçik Leoben şəhərində keçirilən futbol matçının iştirakçıları futbol meydanına tuş gələn ildırım boşalmasından zərər çəkmişlər. Xarici KİV-lər xəbər verir ki, azı üç nəfər ciddi zədələnmişdir. Lakin sonradan həkimlər bu məlumatı təkzib edərək bildirmişlər ki, həvəskarlar arasında keçirilmiş matçın 21 iştirakçısı cüzi zədələnmişdir.
Şiddətli külək və leysan yağış ucbatından təcili yardım vertolyotu hadisə yerinə bir qədər gec çatmışdır. Sonradan zərərçəkənlərin hamısı yaxınlıqdakı xəstənaxalara çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]