Avstriyadakı məscidlərdə cümə namazında Vyana terrorunun qurbanları anılıb
Vyana, 6 noyabr, AZƏRTAC
Avstriya İslam Etiqad Birliyinin tabeliyindəki ölkə üzrə 350-dək məsciddə cümə namazında Vyana terrorunun qurbanları anılıb.
AZƏRTAC xəbər verir ki, bütün məscidlərdə vahid mətn əsasında oxunan moizə və dualar canlı olaraq internetlə yayımlanıb.
Etiqad Birliyindən verilən açıqlamada bildirilib ki, terror aktından ötən bir neçə gün ərzində Avstriya müsəlmanları ölkənin bütün əhalisi ilə birlikdə ağrı və kədər içindədirlər. Baş vermiş hadisə nə qədər qeyri-insani və amansız olsa da, Avstriya cəmiyyətində parçalanma əvəzində daha yaxınlaşma və dinlərarası sıx əlaqə müşahidə olunmaqdadır. Bütün din və təriqətlərin nümayəndələri bu ağır günlərdə vəhdət nümayiş etdirib və Avstriya federal hökuməti də öz açıqlamalarında düzgün mövqe seçərək cəmiyyətdaxili nifaqa yol aça bilən meyillərin qarşısını alıb.
Qeyd edək ki, Avstriyanın müsəlman cəmiyyətləri bazar günü terror aktının baş verdiyi meydanda həmrəylik aksiyası keçirəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]