AVTOMAŞIN QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı şəhər sakini Zaur Qarayev “Mitsubishi” markalı avtomaşını Heydər Əliyev prospektində, yol kənarındakı ağaca vurmuşdur. Hadisə sürücünün ölümü ilə nəticələnmişdir.
Ağdaş rayonunun Əmirarx kəndi ərazisində isə Mingəçevir şəhər sakini Səyyar Abdullayev idarə etdiyi “VAZ-2103” markalı avtomaşını aşırmışdır. Nəticədə, sərnişinlərdən biri - Mingəçevir şəhər sakini Novruz Sadıqov xəstəxanaya aparılarkən yolda ölmüş, digər sərnişin İldırım Xanlarov isə xəstəxanaya yerləşdirilmişdir.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.