AXTARIŞDA OLAN MƏHBUS 38 İLDƏN SONRA TAPILDI
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, ABŞ-da ədalət məhkəməsindən 38 il gizlənən cinayətkar yaxalanmışdır. Qarət üstündə məhkum olunmuş Maykl Robert Smit Kaliforniya həbsxanasından 1968-ci ildə qaçmış və bu müddət ərzində böyük məharətlə polisdən gizlənmişdir. Kaliforniya islah müəssisələri departamentinin xüsusi agenti Cudi Foster onun qaçışı haqqında işi yenidən araşdırmağa başlayanadək, buna ümidsizliklə yanaşırdırlar. Nəticədə, Smitin izinə düşmək və onu bu ilin mayında yaxalamaq mümkün olmuşdur.
Oklahoma ştatı Krik dairəsinin şerifi bildirmişdir ki, Smitin həbsxanadan qaçmasından xeyli vaxt keçməsinə baxmayaraq, onun axtarışının davam etməsindən son dərəcə təəccüblənmişdir. Onun yaxın günlərdə yenidən Kaliforniyaya göndəriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]