“AYAN” BEYNƏLXALQ XEYRİYYƏ CƏMİYYƏTİ UŞAQLARA YARDIM GÖSTƏRMİŞDİR
Qusurlu uşaqların reabilitasiyası üzrə monoqrafiyanın müəllifi olan N.Atəşi nəzəriyyəsini işlədiyi məsələni həm də təcrübədə sınaqdan keçirmək niyyətindədir. O bildirmişdir ki, qüsurlu üşaqlar cəmiyyətdən təcrid olunmamalıdır. Əksinə, cəmiyyət onların gərəkli insanlara çevrilməsi üçün çalışmalıdır. Buna görə də elan olunmamış müharibəyə cəlb edilmiş Azərbaycan dövlətinə bu istiqamətdə yardım göstərmək lazımdır.
Xeyriyyəçi xanım həmin məqsədlə “Ayan” Beynəlxalq Xeyriyyə Cəmiyyətini təsis etmişdir. Bu tədbir cəmiyyətin ilk addımıdır.