AYNUR RZAYEVA BEYNƏLXALQ BOKS TURNİRİNDƏ İKİNCİ YERİ TUTMUŞDUR
Bakı, 13 iyul (AZƏRTAC). Sankt-Peterburqda qadınlar arasında boks üzrə beynəlxalq turnir başa çatmışdır. Azərbaycan idmançısı Aynur Rzayeva ikinci yeri tutmuşdur.
Aynur 81 kiloqram çəki dərəcəsində həlledici görüşdə Rusiya boksçusu Nadejda Torlopovaya uduzmuşdur. Xatırladaq ki, turnirdə ölkəmizi Ceyran Dadaşova (46 kq) və Əzizə Abbasova (51 kq) da təmsil etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]