Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZADLIQ TƏRƏNNÜMÇÜSÜ, YOXSA DTK AGENTİ? DİN RİDİN HƏLAK OLMASI VERSİYALARI

Şan-şöhrətinə görə hətta Elvis Preslinin özü ilə müqayisə edilə biləcək bir insan 20 il əvvəl dünyasını dəyişdi. Amerika müğənnisi və aktyoru, Sovet İttifaqında sevilən Din Rid 1986-cı il iyunun 13-də müəmmalı şəraitdə həlak oldu.

Rid məşhur müğənni və aktyor olmaqla yanaşı, siyasi əqidəsi uğrunda bütün ömrü boyu mübarizə aparmış, bir çox ölkələrdə həbsə alınmış, viza xahişinə rədd cavabı verilmişdir. O, ancaq doğum yerinə görə amerikalı idi. Bir müğənni və aktyor kimi onu vətənində qəbul etmirdilər. Ömrünün əksər hissəsini vətənin hüdudlarından kənarda keçirirdi. Latın Amerikası, İtaliya, ADR və SSRİ onu növbə ilə qəbul edirdi.

Rid Latın Amerikasında dörd il yaşadı, konsertlər verdi, filmlərdə çəkildi. Eyni zamanda, siyasətdə fəal iştirak edirdi. Hər şey ondan başlandı ki, Vyetnamda müharibə əleyhinə, habelə Panama və Salvadorda rejimlərə hərbi yardıma qarşı qızğınlıqla çıxış edərək, Valentina Tereşkova ilə birlikdə tok-şounun iştirakçısı oldu. Bunun nəticəsi olaraq, müğənni həbsxanaya salındı. Rəsmi versiyaya görə isə xuliqanlığa görə tutuldu.

1965-ci ildə Helsinkidə sülh tərəfdarlarının Ümumdünya Konqresi keçirilir və tədbirə Din Rid də qatılır. Bundan azacıq sonra SSRİ-yə gəlir. Sonralar o, buraya dəfələrlə gəlir, Baykal-Amur magistralının inşaatçıları üçün konsertlər verir.

Yeri gəlmişkən, elə həmin 1965-ci ildə Argentinada Ümumdünya Konqresində iştirakına və SSRİ-yə getdiyinə görə Ridi az qala öldürəcəkdilər: faşistləşmiş terrorçular iki ay müğənninin evini və özünü pulemyotdan sərasər atəşə tutmuşdular.

Dinin 1970-ci il sentyabrın 1-də ABŞ-ın Çilidəki səfirliyi qarşısında çıxışını onun ən cəsarətli addımlarından biri sayırlar. O, özü ilə vedrə və paltaryuyan toz gətirmiş, sonra da ABŞ bayrağını yumuşdur. Bunu onunla izah etmişdir ki, minlərlə vyetnamlının qanını bayraqdan yuyub silir. Onu həbs etmişdilər.

Latın Amerikasından sonra o, üç il İtaliyada yaşayır. V.İ.Leninin 100 illiyi şərəfinə Ümumdünya Sülh Şurasının plenumunda iştirak etmək üçün yenidən Sovet İttifaqına gəlir. 1978-ci ildə ABŞ-da torpaqları əllərindən alınan fermerlərin etiraz mitinqinə qoşulduğuna görə yenidən həbs edilir. Müğənni aclıq elan edir. Aclıq on bir gün sürür. Kremldən yüksək vəzifəli şəxslər həbsxananın direktoruna zəng vurub, Ridin vəziyyəti ilə maraqlanırlar. 12 gündən sonra onu buraxırlar. Elə həmin il o, Sovet Sülhü Müdafiə Komitəsinin “Sülh uğrunda mübariz” medalına və Lenin komsomolu mükafatına layiq görülür. Müğənni çox istəyirdi ki, SSRİ-də yaşasın – burada onun sevimli qadını eston Eva Kivi vardı. Lakin sovet hökuməti onları evlənməyə qoymadı, bu qərarı onunla əsaslandırdı ki, amerikalı müğənninin SSRİ ərazisində arvadı olmamalıdır.

1981-ci ildən Rid arvadı, alman aktrisası Renata Blümlə ADR-də yaşayır, filmlərdə çəkilir, öz filmlərinə rejissorluq edir, oxuyur. Buna baxmayaraq, siyasi mübarizədən uzaqlaşmır.

1983-cü ildə Pinoçet hökuməti Ridi ikinci dəfə Çilidən qovur və ölkəyə gəlməyi həmşəlik qadağan edir. Buna səbəb Santyaqo tələbələri və Rankaqua şaxtaçıları üçün verdiyi iki konsert olmuşdu.

1986-cı il iyunun 13-də o, gözlərini əbədi olaraq yumur. Müğənninin ölümünün səbəbi indiyədək müəmmalı qalır: qohumlarının ifadələri köklü surətdə fərqlənir, istintaqın məlumatı ziddiyyətlidir, rəsmi məlumata görə isə, o, özünü öldürmüşdür. Onun ölüm xəbərindən dərhal sonra “sağ” qəzetlər yazırdı ki, Din Ridin ölümü guya “ADR-in kommunist rejiminin xüsusi xidmət orqanlarının terror fəaliyyəti” ilə bağlıdır. Vaxtilə Din Ridin ABŞ-da meneceri işləmiş Diksi Lloyd nə intihara, nə də bədbəxt hadisəyə inanır. Onun dostu olmuş bu qadın əmindir ki, Ridi öldürmüşlər, çünki o, Şərqdə 14 il qaldıqdan sonra vətənə qayıtmaq istədiyini açıqca bildirirdi.

Rəsmi məlumata görə, arvadı ilə küsdükdən sonra Rid damarını kəsərək, evdən getmişdir. Maşını ağaca çırpılmış, müğənni isə yıxılaraq suya düşmüşdür. Üzgüçülük üzrə çempionun suda boğulmasına inanmaq çətindir. Odur ki, dərhal “düzəliş” edilmişdir: zərbə nəticəsində huşunu itirmişdir.

Müğənninin Amerikadan gələn anasına onun cəsədini göstərmək istəmirdilər, guya balıqlar Dinin üz-gözünü yemişlər. Ana üç gün yalvarıb-yaxardı ki, oğlunun meyitini ona göstərsinlər, nəhayət, razı oldular. Ana cəsədi görcək dəhşətdən donub qaldı. Sonralar anası demişdi: “O, köpüb şişməmişdi və suda boğulmuş adama oxşamırdı”.

1990-cı ildə xəbər yayıldı ki, Din sosializmdən məyus olduğuna görə həyatla vidalaşıb, bunun üçün çoxlu yuxu dərmanı içibdir. Eva Kivi əmindir ki, onun sevimlisini əvvəlcə zəhərləyib, sonra da gölə atıblar.

Din Ridin SSRİ-də daimi tərcüməçisi Oleq Smirnovun dediyinə görə, müğənninin birinci nikahından olan qızı atasının ölümü haqqında məlumatın saxtalaşdırılması ilə əlaqədar “Kaliforniya ştatı ADR hökumətinə qarşı” məhkəmə prosesinə başlamışdı. Lakin ADR dünya xəritəsindən silindikdən sonra proses dayandırıldı.

(Material “Novosti” agentliyinin və digər agentliklərin informasiyaları əsasında hazırlanıbdır).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfrans keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib