“AZADLIQ YOLU” MUZEYİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski fevralın 27-də Qdansk şəhərindəki “Azadlıq yolu” muzeyi ilə tanış olmuşlar.
Məlumat verildi ki, İkinci Dünya müharibəsi zamanı bu yeraltı bina insanların gizlənməsi məqsədi ilə tikilmişdir. Ötən əsrin 80-ci illərində gizli fəaliyyət göstərən “Həmrəylik” adlı müstəqil həmkarlar təşkilatının mənzil-qərargahı burada yerləşmişdir.
Prezidentlər muzeydə 1944-cü ildən 1989-cu ilədək olan dövrə aid eksponatlara baxdılar.
Sonra prezidentlər Polşanın azadlıq uğrunda mübarizə yolunu əks etdirən filmə tamaşa etdilər. Filmdə Sovet İttifaqının dağılmasına təkan verən və Avropanın keçmiş sosialist respublikalarında, eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrində kommunist rejiminə qarşı keçirilmiş etiraz aksiyaları və kütləvi nümayişlərdən bəhs olunur.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
######
![]() |
![]() |

