Azər Həsənsoy: İdmançının qələbə qazanmasında əsas amil taktikanın düzgün qurulmasıdır
Krakov, 26 iyun, AZƏRTAC
Nəzərə alsaq ki, üç bürünc medalı qazanan idmançılarımız cəmi 17 yaşındadırlar, bu uğuru yüksək dəyərləndirmək olar. Düşünürəm ki, onlar yaşları və təcrübələri artdıqca ən yüksək nəticələri göstərəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Azər Həsənsoy muaytay döyüşçülərimizin III Avropa Oyunlarındakı iştirakından danışarkən deyib.
Bildirib ki, idmançılarımızı qarşıda Belarusda keçiriləcək MDB Oyunları və Türkiyədə gənclər arasında dünya çempionatı gözləyir: “İdmançılarımız hər iki yarışa ciddi hazırlaşacaqlar. İdmançının qələbə qazanmasında əsas amil taktikanın düzgün qurulmasıdır. Taktikanı da məşqçi qurur, kənardan deyir, əgər idmançı onu eşidirsə, onda qələbə də gəlir. Əsas məsələ idmançıların məşqçinin sözünü nə dərəcədə yerinə yetirməsidir”.
Qeyd edək ki, muaytay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb. Xəyal Əliyev (67 kq), Aysu Devrişova (57 kq) və Emiliya Rzayeva (63,5 kq) yarışı üçüncü pillədə başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]