İDMAN
Azərbaycan ağır atleti iki dünya rekordunu yeniləyərək qızıl medal qazanıb VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan idmançısı Boyanka Kostova ABŞ-da keçirilən ağır atletika üzrə dünya çempionatında iki dünya rekordu yeniləyərək qızıl medala sahib olub.
AZƏRTAC xəbər verir ki, atletimiz 252 kiloqram (112+140) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirdə 58 kiloqram çəki dərəcəsində çıxış edən Boyanka Kostova birdən qaldırma yarışlarında və ümumi nəticədə yeni dünya rekordu müəyyənləşdirib. Əvvəllər dünya rekordu çinli Çen Yanıçinə məxsus idi.
Dünya çempionatında çinli Den Menjun gümüş, tayvanlı Kuo Sin Çun isə bürünc medal qazanıblar.
Boyanka Kostovadan əvvəl milli komandamızın üzvü Valentin Xristov (62 kq) bürünc medala sahib olmuşdu.
Qeyd edək ki, çempionat şəxsi və komanda hesabında “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.