Azərbaycan aliminin məqaləsi nüfuzlu xarici jurnalda nəşr olunub
Bakı, 18 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Pərvin Məmmədzadənin “Qarabağda alternativ enerji inkişafının iqtisadi təhlili” mövzusunda hazırladığı məqalə “Scopus” beynəlxalq məlumat bazasına daxil olan “E3S Web Conference” jurnalında nəşr olunub.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, məqalədə Qarabağda əlverişli sosial-iqtisadi şəraitin yaradılması və dəstəklənməsi üçün dövlət planlarının həyata keçirilməsi yolu ilə alternativ enerjinin inkişafında investisiyaların stimullaşdırılması məsələləri və əsas imkanlar əhatə olunub. Alternativ enerji mənbələri üzrə olan layihələrin uzunömürlülüyünü nəzərə alaraq, siyasi və iqtisadi maraqların qanunla qorunması son dərəcə vacibdir və nəzəri tərəfindən aktualdır.
Sözügedən məqalə xarici alimlər tərəfindən maraqla qəbul edilib və müzakirə olunub.