Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan alimləri Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı təhqiramiz münasibəti pisləyiblər

Bakı, 15 yanvar, AZƏRTAC

Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-le ban şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla örtülməsi, əraziyə verilmiş “Azərbaycan parkı” sözünün çıxarılacağı ilə bağlı ortaya atılan iddialar Fransanın insanlığa, mədəniyyət, incəsənətə, bəşəri dəyərlərə və ölkəmizə qarşı vandalizm aktının növbəti təzahürüdür.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasına münasibət bildirərkən deyib.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı Azərbaycan televiziyalarına dərin məzmunlu geniş müsahibəsində bu hadisəni vandalizm aktı kimi qiymətləndirib və hadisədən sonra tək Fransadakı deyil, Avropadakı diaspora nümayəndələrimiz, fəallarımız heykəlin qarşısında etiraz aksiyası keçiriblər.

Azərbaycan cəmiyyətinin, ziyalılarımızın da bu hadisəyə sərt reaksiya verdiyini deyən akademik İsa Həbibbəyli ictimaiyyət nümayəndələrinin Natəvanın heykəlinə qarşı təhqiramiz münasibəti qətiyyətlə pislədiyini, dünya mədəniyyətinə böyük töhfələrini vermiş, Qarabağda “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairimizə, mədəniyyət xadimimizin abidəsinə qarşı atılmış addımın, tək ölkəmizə deyil, eyni zamanda, bəşəri mədəni irsə qarşı cinayət aktı kimi dəyərləndirildiyini vurğulayıb.

AMEA rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Fransanın Azərbaycana qarşı münasibətinin kəskinləşdiyini, rəsmi Parisin məkrli şəkildə Ermənistana dəstək verdiyini, yeni müharibə toxumları səpməkdə olduğunu qəbuledilməz fakt kimi pisləyib. Bildirib ki, bu, Fransa dövlətinin Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfəri və ölkəmizin ərazi bütövlüyünü həzm edə bilməməsinin təzahürüdür.

Vətən müharibəsindən sonra Fransanın Ermənistanı cidd-cəhdlə silahlandırdığını deyən akademik İsa Həbibbəyli Fransanın başlıca niyyətinin Qafqazda yeni müharibə ocaqları yaratmaq olduğunu, bu düşüncənin Ermənistanı fəlakətə aparacağını söyləyib.

“Son illərdə Fransa Afrikadakı öz dayaqlarını itirir, yerli xalqlar Fransameyilli dövlət başçılarını ölkədən qovurlar. Fransa müstəmləkəçiliyi bu gün bütün dünyada, eləcə də Avropanın özündə etiraz doğurur. Bir sözlə, Fransa Afrikadan biabırcasına qovulur və orada itirdiyi dayaqlarını Qafqazda bərpa etməyə çalışır. Bunun üçün də ermənilərdən alət kimi istifadə edir. Lakin Prezident İlham Əliyev və Azərbaycan dövləti buna qətiyyətlə imkan verməyəcəkdir. Başda Türkiyə olmaqla digər region ölkələri və Türk dövlətləri də bu məsələdə qəti münasibətlərini bildiriblər”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

Fransa prezidenti Emmanuel Makronun Fransada, eləcə də Avropada siyasi dəstəyini və imicini itirdiyini deyən natiq başda “Sarı jiletlilər” olmaqla, Fransa cəmiyyətinin özünün də Makronun siyasətinə qarşı ciddi etirazlarını bildirdiklərini vurğulayıb.

Xurşidbanu Natəvanın Azərbaycanın qadın ziyalılarının ən görkəmli nümayəndələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli şairənin dünya irsinə öz töhfələrini verdiyini, “Gül dəftəri - illüstrasiyalı şeirlər albomu”nun isə 2023-cü ildə UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edildiyini xatırladıb. Bildirib ki, Xurşidbanu Natəvan Qafqaza səfər etmiş tanınmış fransız yazıçısı Aleksandr Dümanı evində qonaq edərək onunla şahmat masasının arxasında əyləşib, Azərbaycanın qonaqpərvərliyini, xalqımızın Fransa xalqına olan münasibətini göstərib, bütün bunların qarşılığında isə Fransada şairəmizin heykəli vəhşi münasibətlə üzləşib.

Akademik İsa Həbibbəyli, həmçinin ölkəmizdə Fransa ədəbiyyatı ilə bağlı önəmli tədqiqatların aparıldığını, fransız yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap edildiyini və bütün bunların xalqımızın, dövlətimizin yüksək bəşəri, mədəni dəyərlərin daşıyıcısı olduğunu bildirib.

AMEA prezidenti Viktor Hüqonun vətənində, Luvr kimi muzeyin, eləcə də UNESCO-nun Baş qərargahının yerləşdiyi ölkədə Natəvanın heykəlinə qarşı, mədəniyyətimizə qarşı göstərilən vandalizm aktını və Fransa prezidenti Emmanuel Makronun siyasətini qətiyyətlə pislədiyini bildirib, hadisəni törədənlərin layiqli cəzalarını almasını tələb edib.

Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin etiraz ideyasını ifadə edən çıxışları səsləndirilib. Həmçinin fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərinin tərcüməçisi, Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Natəvan haqqında yazılmış monoqrafiyanın müəllifi, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru İslam Qəribov, şairənin əsərlərinin tədqiqatçısı professor Tahirə Məmməd və Azərbaycan-Fransa ədəbi əlaqələrinin araşdırıcısı, institutun dissertantı Şəhla Qurbanova çıxış ediblər. Çıxışlarda Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktının Fransanın Azərbaycana qarşı kin-küdurətinin göstəricisi olduğu bildirilərək Azərbaycan-Fransa ədəbi əlaqələrindən danışılıb, Fransanın Evian-le ban bələdiyyəsinin üzr istəməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Fransa tarixən Əlcəzairdə, Tunisdə, Mərakeşdə və digər Afrika ölkələrində törətdiyi soyqırımları ilə bəşəriyyətə, insanlığa qarşı olan vəhşi münasibətini göstərib. Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qətiyyətli Qələbədən sonra Fransadakı erməni diasporunun təzyiqləri nəticəsində rəsmi Parisin ölkəmizə qarşı münasibəti pisləşib və ötən müddət ərzində Fransanın rəsmiləri insanlıqdan uzaq, ədalətsiz qərarlar qəbul ediblər.

Həmçinin Natəvanın “Gül dəftəri - illüstrasiyalı şeirlər albomu”nun UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsinin şairənin bəşəri ideyaların daşıyıcısı olduğunu, lakin buna baxmayaraq, şairənin abidəsinin Fransa tərəfindən insanlığa sığmayan rəftara məruz qaldığını vurğulayıblar.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin Prezident İlham Əliyevin liderliyində qazandığı tarixi Zəfərin və əldə etdiyi iqtisadi, siyasi uğurların artıq dünya tərəfindən qəbul olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dünyaya sülh, ədalət, qarşılıqlı etimad, əməkdaşlıq təqdim etdiyini vurğulayaraq bildirib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz münasibət bildirənlər layiqli cəzalarını almalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Mirziyoyev MDB-də inteqrasiya olunmuş logistika mərkəzlərinin yaradılmasının tərəfdarıdır

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır