Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna ikinci dəfə vəsait köçürüb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna ikinci dəfə vəsait köçürüb.
AZƏRTAC-a bu barədə məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, oktyabrın əvvəllərində fonda min manat vəsait köçürən Aşıqlar Birliyi bu günlərdə daha iki min manat köçürüb. O, əlavə edib ki, Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavab verərək Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızı erməni hərbi birləşmələrindən təmizləməsi, torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi Azərbaycan Aşıqlar Birliyinin üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb.
İnanırıq ki, erməni işğalı altında olan bütün torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]