Azərbaycan atleti Nazim Babayev Almaniyada keçirilən turnirdə gümüş medala sahib olub
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən “World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
N.Babayev Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəsini onlara həsr etdiyini göstərib.
Qeyd edək ki, turnirdə birinci yeri yunanıstanlı atlet Andreas Pantazis (16,79 metr) tutub. Almaniyalı idmançı Maks Hess isə 16,71 metr göstərici ilə yarışda üçüncü yeri əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]