İDMAN
AZƏRBAYCAN AVROPA OTÜSTÜ XOKKEY FEDERASİYASI İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASINI YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL ETDİ
Onun sözlərinə görə, İcraiyyə Komitəsinin iclasları federasiyanın üzvü olan qitə dövlətlərində növbə ilə keçirilir və Azərbaycan bu işin öhdəsindən hamıdan yaxşı gəldi. Bakıda iclasın keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Alein Danet Azərbaycanda idmanın, o cümlədən otüstü xokkeyin inkişafına daimi qayğıya görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, tədbirin özündən danışaraq bildirdi ki, iclasda başlıca məsələ - gələn il İspaniyanın Barselona şəhərində keçiriləcək növbəti Avropa çempionatına hazırlığın gedişi müzakirə olundu. İclasda Avropa klub birinciliyinin mərhələlərindən birini 2004-cü ildə Bakıda keçirmək haqqında qərar da qəbul edildi.
Respublika Ötüstü Xokkey Federasiyasının prezidenti Fazil Məmmədov dedi ki, son vaxtlar AOXF Azərbaycana hərtərəfli kömək göstərir. Ölkəmizə stadionlar üçün iki süni örtük, digər idman avadanlığı verilmişdir.