Azərbaycan Avropaya qaz satışını 8,6 faiz artırıb
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə qaz satışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr, Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800 milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetr daha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışı dəyişməz olaraq qalıb.
Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəql olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 13.06.2026 [07:00]
Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO
- 12.06.2026 [22:14]