Azərbaycan boksçusu beynəlxalq turnirin qızıl medalına layiq görülüb
Bakı, 11 mart, AZƏRTAC
Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komandamız yarışı 2 medalla başa vurub.
Boksçumuz Zidan Hümbətov (51 kq) finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.
Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kiloqramda) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığmamızın üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]