Azərbaycan çempionatının oyunlarında Tofiq Bəhramovun xatirəsi yad ediləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Dünyaşöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsi Misli Premyer Liqasının XXI turunun oyunlarında yad ediləcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev məlumat verib.
Funksioner bildirib ki, əfsanəvi referinin anadan olmasının 100 illik yubileyi münasibətilə müxtəlif silsilə tədbirlər keçirilir: “Belə tədbirlərdən biri kimi qeyd etməliyəm ki, Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunan yeni poçt markaları dövriyyəyə buraxılıb. Həmçinin Azərbaycan Futbol Veteranları İttifaqı tərəfindən müxtəlif tədbirlər keçiriləcək. AFFA olaraq, həmin ittifaqa bunun üçün müəyyən dəstək ayırmışıq”.
S.Hacıyev tanınmış hakimin Azərbaycan futbolunda dərin iz buraxdığını vurğulayıb: “Tofiq Bəhramov təkcə gənc hakimlər deyil, məşqçilər və futbolçular üçün də nümunədir. Bəlkə də dünyada yeganə futbol hakimidir ki, adını daşıyan iritutumlu stadion var. Tofiq Bəhramovun adı Azərbaycan futbolu üçün əzizdir, yaşayıb, hər zaman da yaşayacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]