Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan çoxtərəfli diplomatiya həyata keçirir ŞƏRH

Azərbaycan çoxtərəfli diplomatiya həyata keçirir  ŞƏRH

Bakı, 25 oktyabr, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında iclasında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər etdi. Hər bir səfər Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərə və müzakirə edilən məsələlərə diqqət yetirsək bunu aydın şəkildə görərik. Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Hazırda əsas məqsədlərdən biri BRICS-in tərkibini genişləndirməklə beynəlxalq nüfuzunu artırmaqdır. 30-a yaxın ölkə quruma üzv olmaq istəyini bildirib ki, onlardan biri də Azərbaycandır. Ölkəmizin iqtisadi müstəqilliyi, həmçinin siyasi nüfuzunun günbəgün artması, xarici siyasətində öndə saxladığı prinsiplər bu istəyinin reallığa çevrilməsində əhəmiyyətli rol oynayacaq. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu diqqətdən kənarda qalmır. Bunu qarşılıqlı səfərlərin dinamikası ilə yanaşı, dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlər də təsdiqləyir. Azərbaycanın bu və ya digər məsələlərlə bağlı mövqeyinə verilən böyük önəm sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycan çoxtərəfli diplomatiyanı həyata keçirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Öncə regional çərçivədə əlaqələrin qurulmasına xüsusi önəm verən Azərbaycan sonrakı dövrlərdə münasibətlərin daha geniş coğrafiyanı əhatə etməsinə səy göstərdi. Prezident İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirdi ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Malik Həsənov onu da əlavə edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi imkanlar siyasi mövqeyinin daha da möhkəmlənməsində öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu göz qabağındadır. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi davamlı uğurlarında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, burada da ölkəmizin malik olduğu potensial, əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Hər bir çağırış yeni əməkdaşlıq formatının yaradılmasına, yeni körpülərin qurulmasına yol açır.

“Azərbaycan bu gün dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Dövlətimizin başçısının sözügedən sammitdə qeyd etdiyi kimi, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ərazimizdən keçir. Azərbaycan yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə daim xüsusi diqqət göstərir. Ölkəmizin bu sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərində də yol-nəqliyyat infrastrukturunun yenilənməsi əsas hədəflər sırasındadır. Üç Beynəlxalq Hava Limanının bu ərazilərdə tikilməsi özündə mühüm məqamları ehtiva edir. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq tranzit ölkə kimi öz imkanlarını təqdim edir. Bu, ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır”, - deyə deputat vurğulayıb.

O, Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrdən, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlarından geniş bəhs edərək gələn ay ölkəmizdə keçiriləcək COP29-u bunun bariz nümunəsi kimi qeyd edib: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmətin və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. Ölkəmiz istər iqlim dəyişikliyi ilə bağlı, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərir. Azərbaycanı dünyanın diqqətində saxlayan COP29 Azərbaycanla yanaşı, iştirakçı ölkələrin də malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayacaq. Bu isə öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb