Azərbaycan cüdoçuları Avropa açıq birinciliyində 2 qızıl və 1 gümüş medal qazanıblar
Bakı, 17 fevral, AZƏRTAC
Avstriyanın Obervart şəhərində start götürən cüdo üzrə Avropa açıq turnirinin ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan millisinin üzvləri Mehman Sadıqov(60 kq) və Orxan Səfərov (66 kq) Avstriya turnirində bütün rəqiblərinə qalib gələrək çempion olublar. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Vüqar Şirinli isə bürünc medal qazanıb.
Beləliklə milli komandamız Obervart turnirinin birinci yarış günündən sonra medalların sayı və əyarına görə bütün rəqiblərini qabaqlayaraq birinci yerdədir.
Qeyd edək ki, Avstriyada keçirilən Avropa açıq turnirində 42 ölkənin 285 cüdoçusu mübarizə aparır. Beynəlxalq yarışa fevralın 18-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]