Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycan cüdoçuları martın 24-də Almaniyanın Bremen şəhərində keçiriləcək beynəlxalq “Masters” turnirində iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, gənclərdən ibarət millimiz yarışda oğlanlar arasında 6 çəki dərəcəsində 20 cüdoçu ilə təmsil olunacaq.
Yığma üzvlərindən Babarəhim Mirzəyev, Elton İmranov, Murad Muradlı (hamısı 60 kiloqram), Nicat Nağıyev, İslam Rəhimov, Məhəmməd Musayev, Nizami İmranov, Bəhram Qurbanlı, Mehdi Cəfərov (hamısı 66 kiloqram), Aydın Rzayev, Əbil Yusubov, Elnur Qasılov, Süleyman Əliyev (hamısı 73 kiloqram), Süleyman Şükürov, Nahid Tarquliyev (hamısı 81 kiloqram), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kiloqram), Kənan Nəsibov, Ramazan Əhmədov, Eldar Əliyev (hamısı +100 kiloqram) tatamiyə çıxacaqlar.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]