AZƏRBAYCAN DAHA BİR BEYNƏLXALQ TƏŞKİLATDA TƏMSİL OLUNMUŞDUR
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, YUNESKO-nun təşəbbüsü ilə Fransanın Lion şəhərində Şərqi Avropa və Asiya Ölkələrinin Kompüter Mərkəzləri Assosiasiyasının (ACCESS-net) təsis iclası keçirilmişdir. Dünyanın 15 dövlətinin nümayəndələrinin iştirak etdiyi iclasda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Bakı Elmi-Tədris Mərkəzinin direktoru Tofiq Babayev yekdilliklə ACCESS-net-in vitse-prezidenti və baş katibi vəzifələrinə seçilmişdir. Azərbaycana bu etimad ölkəmizdə son illər informasiya və kommunikasiya texnologiyaları (İKT) strategiyasının həyata keçirilməsi sahəsində görülən işlər və Bakı Elmi-Tədris Mərkəzinin informasiya texnologiyaları üzrə geniş beynəlxalq əlaqələri və İqtisadi İslahatlar Mərkəzi ilə birgə həyata keçirdiyi layihələrə görə göstərilmişdir.
ACCESS-net-in əsas vəzifələri bu qurumun üzvləri arasında İKT-in tədrisində yeni metodların tətbiqinə; elm, texnika və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsinə; İnformasiya Cəmiyyətinin yaradılması işində üzv ölkələrdə YUNESKO-nun və digər beynəlxalq təşkilatların köməyi ilə birgə layihələrin həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]