Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Dəmir Yolları: Əməyin mühafizəsi və ətraf mühitin qorunmasında yeni yanaşmalar

Bakı, 22 noyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ətraf mühitin mühafizəsi çağırışlarına cavab olaraq mühüm addımlar atmağa davam edir. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY öz fəaliyyətində ESG (ətraf mühit, sosial, idarəetmə) prinsiplərinin praktik tətbiqinə dair öhdəlik götürüb. Bu çərçivədə ADY bərpaolunan enerji mənbələrinə keçidə üstünlük verərək atmosferə atılan karbon qazının miqdarını azaltmağı və dekarbonizasiya istiqamətində beynəlxalq standartlara uyğun layihələr həyata keçirməyi hədəfləyib. Eyni zamanda, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülür. ADY son dövrdə günəş enerjisindən geniş istifadə, tullantıların çeşidlənməsi, suyun təkrar emalı kimi müasir texnologiyalardan istifadə etməklə ətraf mühitə təsirləri minimuma endirir. Şirkətin 2030-cu ilədək atmosferə atılan tullantıları azaltmaq məqsədilə gördüyü işlər ölkənin iqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstək olmağa və dəmir yolu sektorunu inkişaf etdirməyə yönəlib.

ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin müdiri Bəhruz Nəcəfov qurumda bu sahədə əldə olunmuş əsas nailiyyətlər və gələcək planlar barəsində sualları cavablandırıb.

– Bəhruz müəllim, əməyin mühafizəsinin təmin edilməsi üzrə ADY-də hansı əsas tədbirlər həyata keçirilir?

– Əməyin mühafizəsi ADY-nin əsas fəaliyyət prioritetlərindən biridir. Biz fəaliyyətimizi həm ölkə qanunvericiliyinə, həm də beynəlxalq standartlara uyğun təşkil edirik. İşçilərimizin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün müasir texnologiyalardan istifadə edirik, bu isə risklərin qabaqcadan və dəqiq müəyyənləşdirilməsinə şərait yaradır. İşçilər ADY-nin əsas sərvətidir. Beynəlxalq “Rail Industry Standards” (RIS-3279) çərçivəsində işçilərimizi yeni nəsil fərdi mühafizə vasitələri ilə mərhələli şəkildə təmin edirik. Həmçinin istər Bakıda, istərsə də regionlarda xidmət sahələrində çalışan əməkdaşlar üçün modul tipli yeni konteynerləri istifadəyə vermişik. Müasir dövrdə təhlükəsiz iş mühiti həm işçi məmnuniyyəti, həm də işin məhsuldarlıq baxımından vacibdir. Bu səbəbdən rəqəmsal sistemlərin köməyi ilə təhlükəsizlik standartlarını daim monitorinq edirik və yaranan hər hansı təhlükə barədə işçiləri dərhal məlumatlandırırıq. Əməyin mühafizəsi sahəsində “öncədən xəbərdar et və tədbir gör” prinsipini əsas tuturuq.

– Risklərin qiymətləndirilməsi necə həyata keçirilir və işçilərin bu sahədə məlumatlılığını artırmaq üçün hansı işlər görülür?

– Risklərin qiymətləndirilməsi əməyin mühafizəsinin əsas tərkib hissəsidir. Ənənəvi qiymətləndirmə üsullarından fərqli olaraq, ADY-də müasir risk təhlili modelləri və rəqəmsal monitorinq texnologiyalarını tətbiq edirik. Bu üsullar real vaxt rejimində məlumat toplamaq və qiymətləndirmə aparmaq imkanı yaradır. Misal üçün, yüksək riskli ərazilərdə çalışan işçilər üçün xüsusi proqram təminatı vasitəsilə avtomatik xəbərdarlıqlar tətbiq etmişik. Bu, əməkdaşlara potensial təhlükələrdən dərhal xəbərdar olmağa imkan verir.

Bundan başqa, işçilərimizin riskləri daha yaxşı anlaması və qarşısını alması üçün hər il xüsusi risk qiymətləndirmə təlimləri keçirilir. Təlimlərdə əməkdaşlara risklərin mahiyyəti, onların nəticələri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilir. Məsələn, interaktiv təlimlər və simulyasiya təcrübələrindən istifadə edərək riskləri real şəraitdə görmələri təmin olunur. Bu, müasir yanaşma olmaqla işçilərin təhlükəsizlik üzrə bilikləri daha dərindən qavramasına kömək edir.

– Maraqlıdır, iş yerində hadisələrin qarşısının alınması üçün hansı qabaqlayıcı tədbirlər görülür?

– İş yerində baş verə biləcək hadisələrin qarşısının alınması üçün xidmət sahələrində müntəzəm olaraq müşahidələr aparırıq və preventiv tədbirlər həyata keçiririk. Bununla yanaşı, ISO 45001:2018 və ISO14001:2015 beynəlxalq standartlarına uyğun prosedur və formalar tətbiq edilir. Hər ay keçirilən SƏTƏM inspeksiyaları zamanı hadisələrə səbəb ola biləcək risklər müəyyən edilir, təhlükəli hallar dərhal aradan qaldırılır. Bu tədbirlərə əlavə olaraq, müasir texnologiyaların tətbiqi sayəsində rəqəmsal monitorinq sistemlərindən istifadə edirik. Texnologiya sayəsində aşkar olunan risk faktorları haqqında məlumatlar operativ şəkildə işçilərə çatdırılır və həmin faktorların minimuma endirilməsi üçün yerindəcə tədbirlər görülür. Burada əsas məqsəd iş yerində təhlükəsiz və sağlam iş şəraiti yaradaraq potensial qəzaların qarşısını almaqdır.

– Əməyin mühafizəsi sahəsində işçilərin maarifləndirilməsi üçün hansı təlimlər keçirilir, bu təlimlərdə iştirak nə dərəcədə əlçatandır?

– Təhlükəsizlik ADY-də dəyərlər sisteminin təməlidir. Mütəmadi olaraq təşkil olunan daxili təlimlər vasitəsilə işçilər təhlükəsizlik qaydaları haqqında ən yeni məlumatları əldə edirlər. Bu təlimlər hər ay orta hesabla 10 min işçini əhatə edir. Təlimlərdə müasir texnologiyalardan istifadə etməklə əməkdaşların təhlükəsizlik qaydalarını daha effektiv mənimsəməsi təmin olunur. İnteqrasiya olunmuş simulyasiya sistemləri və virtual reallıq texnologiyaları vasitəsilə işçilər riskli vəziyyətləri vizual olaraq yaşayır və onların qarşısını necə almağı öyrənirlər. Təlimlərdə işçilərə həm nəzəri, həm də praktiki biliklər təqdim olunur. Təlimlərin səmərəliliyini artırmaq üçün son dövrlərdə dünyada tətbiq olunan “sıfır qəzaya doğru” konsepsiyasını əsas götürürük. 2024-cü il üçün 22 təlim planlaşdırılmışdı, bunların artıq 20-si reallaşıb.

– Bəhruz müəllim, ölkəmiz hazırda COP29 tədbirinə ev sahibliyi edir. ADY bu tədbirə necə hazırlaşıb, ətraf mühitin mühafizəsi istiqamətində nə kimi işlər görülüb?

– COP29 kimi beynəlxalq əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişikliyi məsələsindəki öhdəliklərini bir daha vurğulayır. ADY də bu istiqamətdə üzərinə düşən məsuliyyəti dərk edərək davamlı inkişaf və ətraf mühitin qorunması sahəsində mühüm addımlar atır. Əsas məqsədimiz atmosferin çirkləndirilməsini, nəqliyyat sektorunun ətraf mühitə təsirini azaltmaq üçün yaşıl enerji istifadəsini artırmaqdır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq dəmir yollarının elektrikləşdirilməsi, yaşıl enerjidən istifadənin genişləndirilməsi və karbon izinin azaldılması üçün müxtəlif layihələr həyata keçiririk. Bildiyiniz kimi, bu günlərdə ADY Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəmir yolu şirkəti olaraq Asiya İnkişaf Bankı ilə dekarbonizasiya sahəsində missiya sənədi imzaladı. Bu, şirkətimizin ətraf mühitin qorunması məsələsinə verdiyi önəmin bariz nümunəsidir. COP29-a hazırlıq çərçivəsində Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyalarının ərazilərində dəmir yollarının təhkim zolaqlarında genişmiqyaslı təmizlik aksiyaları həyata keçirilib. Ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq, ağacların dibinin yumşaldılması işləri görülüb, həmçinin ərazilər məişət tullantılarından təmizlənib və toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yaz və payız mövsümlərində Balaxanı və Sabunçu qəsəbələrində dəmir yollarının təhkim zolaqlarında yaşıllaşdırma tədbirləri keçirilib və bu tədbirlər çərçivəsində 2000-dən artıq zeytun ağacı tingi əkilib. Eyni zamanda, mövcud yaşıllıqların qorunmasına diqqət göstərilir və yeni yaşıllıqların salınması prosesi mövsümi olaraq davam etdirilir.

– ADY iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində hansı addımlar atır?

– İqlim dəyişikliyi ilə mübarizə istiqamətində ADY müxtəlif sahələrdə müasir texnologiyalardan istifadə etməklə ətraf mühitin qorunmasına yönəlmiş bir sıra tədbirlər həyata keçirir. Dəmir yollarının elektrikləşdirilməsi layihələri, günəş enerjisindən istifadə və su resurslarının qorunmasına dair müasir həllərin tətbiqi bu işlərin bir hissəsidir. Misal üçün, Biləcəri və Gəncə lokomotiv depolarında günəş panelləri quraşdırılıb, bu da enerji tələbatımızın bir hissəsini təmiz mənbələrdən təmin etməyə imkan verir. Belə ki, 2023-cü ildə bu günəş panelləri 90 min kilovat-saat yaşıl enerji istehsal edib. Nəticədə 8 min kubmetrdən çox təbii qaza qənaət edilib, onlarla ton karbon qazı emissiyasının qarşısı alınıb. Biz, həmçinin yaşıl maliyyələşmə modelləri üzərində işləyirik. Bu, resurslarımızı daha səmərəli istifadə etməyə və karbon izimizi azaltmağa şərait yaradır. 2023-cü ildə istixana effekti yaradan qaz emissiyalarını 9 faiz azaltmağa nail olmuşuq və bu göstəricini daha da yaxşılaşdırmaq üçün əlavə tədbirlər planlaşdırırıq. ADY-də fəaliyyətimizin hər bir sahəsində iqlim dəyişikliyinə qarşı davamlı tədbirlər görürük ki, bu da ekoloji tarazlığın qorunmasına və istilik effekti yaradan qazların azaldılmasına xidmət edir.

– Yaşıl enerji və davamlılıq sahəsinə diqqət hazırda bütün şirkətlərin top-gündəliyində yer alır. Bu sahədə ADY hansı layihələr üzərində çalışır?

– ADY-də yaşıl enerjidən istifadəni genişləndiririk və ətraf mühitin qorunması istiqamətində davamlı layihələr həyata keçiririk. Bunun bir hissəsi kimi suyun təkrar istifadəsinə, tullantıların effektiv idarə olunmasına və günəş enerjisindən istifadəyə yönəlmiş layihələri misal çəkmək olar. Biləcəri yuyucu-buxarlayıcı stansiyasında tətbiq etdiyimiz dövri su sistemi təbii resursların daha səmərəli istifadəsini təmin edir və tullantı sularını təmizləyərək təkrar istifadəyə verir. Eyni zamanda, ətraf mühitin mühafizəsi çərçivəsində “sıfır tullantı” prinsipini rəhbər tutaraq stansiyalarda tullantıların çeşidlənməsi və təkrar emalı təmin olunur. Kağız, şüşə, metal və plastik tullantıların təkrar emalı üçün xüsusi qablar quraşdırılıb. ADY-nin həyata keçirdiyi bu layihələr dünya trendləri ilə ayaqlaşmağa çalışdığımızı göstərir və iqlim dəyişikliyi ilə mübarizədə üzərimizə düşən öhdəlikləri yerinə yetirdiyimizi nümayiş etdirir.

– Fövqəladə halların idarə olunması da ən vacib məsələlərdən biridir. Daşıma şirkəti olaraq bu kimi hallarla mübarizədə hansı işləri görürsünüz?

– Düzgün vurğuladınız. Fövqəladə Hallar Nazirliyi ilə fövqəladə halların idarə edilməsi sahəsində sıx əməkdaşlıq edirik. ADY-də fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq üçün müasir texnologiyalar tətbiq olunur. Biz tədbirlər planı çərçivəsində baş verə biləcək hər hansı fövqəladə hal zamanı insan resurslarının və infrastrukturun qorunması, təxliyə və cavab tədbirlərinin sürətlə icrası üçün xüsusi ssenarilər üzrə təlimlər keçiririk. Bir neçə gün bundan əvvəl FHN ilə birgə Bakı Dəmiryol Vağzalında növbəti təlimi təşkil edərək işçilərimizin bir neçə simulyasiya üzrə praktiki vərdişlərini test etdik. O cümlədən şirkətimizdə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə əsasən, yanğın təhlükəsizliyi sahəsində təlimat və prosedurlar hazırlanaraq müvafiq qaydada təsdiq edilib və həyata keçirilir. ADY-nin bütün işçi personalı sözügedən prosedurlar barədə təlimatlandırılıb, bir qismi isə yanğınsöndürmə vasitələrindən istifadə qaydaları üzrə praktik təlimlərə cəlb olunub və bu proses davam etdirilir.

Qeyd edim ki, son dövrlərdə tətbiq etdiyimiz fövqəladə hallara hazırlıq üzrə rəqəmsal sistemlər təlimlərin keyfiyyətini artırmağa və hadisələrə operativ cavab verməyə kömək edir. Əlavə olaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində dəmir yollarında ictimai asayişin qorunması və fövqəladə hallarda polis qüvvələrinin dəstəyi təmin olunur.

– Bəhruz müəllim, müsahibə üçün təşəkkür edirik, ADY-nin COP29 tədbirində verdiyi mesajların geniş ictimaiyyət tərəfindən maraqla qarşılanacağına əminik.

– Mən təşəkkür edirəm. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə sadiqliyini göstərir. ADY olaraq biz də bu sahədə üzərimizə düşən öhdəlikləri yerinə yetirmək üçün bütün gücümüzlə çalışırıq və davamlı inkişaf naminə səy göstərməkdə davam edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO