Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə - Heydər Əliyev Zirvəsi ucalır

Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə - Heydər Əliyev Zirvəsi ucalır

Bakı, 2 may (AZƏRTAC). Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə - Heydər Əliyev Zirvəsi ucalır. Bu Zirvə dünyanın hər yerindən görünür.

Ümummilli lider Heydər Əliyev demişdir: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Azərbaycan da fəxr edir ki, dünya şöhrətli siyasi və dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyev onun övladıdır. Doğma Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi, dünyada tanınması yalnız və yalnız Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev bənzərsiz, nadir bir şəxsiyyət idi. Ulu Öndərin ideyaları öz qayəsini doğma Vətən və doğma xalq sevgisindən almışdır. Azərbaycanın tərəqqisinə, dünyada nüfuzunun yüksəlməsinə xidmət edən bu ideyalar daimidir, əbədiyaşardır.

Müdrik rəhbərin zəngin həyat və fəaliyyəti bütün dünyada sonsuz maraq doğurur. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) baş direktoru Aslan Aslanov “Dövlət siyasətinin informasiya təminatı” kitabında yazır: “Heydər Əliyevin böyüklüyü bütün dünyada etiraf edilmişdir: onu fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan şəksiz lider hesab edirlər.

...Heydər Əliyevin hakimiyyətin yüksək pilləsində bir qərinə sürən siyasi uzunömürlülüyü ərzindəki nəhəng fəaliyyətini, sadəcə, göz önünə gətirəndə onun fövqəladə şəxsiyyət olduğunu görməmək mümkün deyildir.

...Heydər Əliyev və Azərbaycan. İndi artıq zərb-məsəl kimi səslənən bu sözlərin necə dərin məna daşıdığını hamımız bilirik. Çünki Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olması danılmaz həqiqətdir”.

Qüdrətli şəxsiyyət Heydər Əliyev həm Qərbdə, həm də Şərqdə misilsiz şöhrət qazanmışdır. ABŞ-ın sabiq prezidenti Corc Buş “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasət nəhəngi idi” fikirləri ilə Heydər Əliyevin böyüklüyünü, dahiliyini xüsusi qeyd etmişlər. Ulu öndər Heydər Əliyev haqqında yazılmış xatirələrdə, publisistik məqalələrdə və kitablarda, bu cür qiymətli fikirlərə çox rast gəlmək olar.

Ölkəmizdə bütün sahələrin, o cümlədən kütləvi informasiya vasitələrinin inkişafına böyük önəm verən ümummilli lider Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla, qətiyyətlə davam etdirilir. Respublikamızda azad, demokratik mətbuatın fəaliyyəti üçün bütün imkan və şərait yaradılmışdır.

Dahi rəhbər Heydər Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC) xüsusi diqqət göstərmişdir. Ulu Öndərin AZƏRTAC-la bağlı fərman və sərəncamlarının bu qurumun inkişafında müstəsna rolu olmuşdur. AZƏRTAC-ın dünya mətbuat məkanına çıxması, beynəlxalq əlaqələrinin genişlənməsi Ulu Öndərin arzusu idi. Tam əminliklə demək olar ki, bu arzu indi reallığa çevrilmişdir.

Son on ildə AZƏRTAC sürətlə inkişaf edərək dünyanın nüfuzlu xəbər agentlikləri arasında özünə layiqli yer tutmuşdur. Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya yayan AZƏRTAC üzvü və həmtəsisçisi olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Beynəlxalq İslam Xəbər Agentliyi (İİNA), MDB Ölkələri Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (PANİA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Asiya Xəbər Agentlikləri Konsorsiumu (AsiaPulse) və digər beynəlxalq və regional qurumlarla əlaqələrini də genişləndirmişdir.

OANA-nın XV Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qurumun vitse-prezidenti və dalbadal üçüncü dəfə Büro üzvü seçilmişdir. OANA-nın növbəti Baş Assambleyasının 2016-cı ildə Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma AZƏRTAC-ın sədrliyi barədə qərar qəbul olunmuşdur.

Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarda 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə AZƏRTAC sədrlik edəcəkdir.

Ümummilli lider Heydər Əliyev ideyalarının təcəssümü olan bu nailiyyətlər həqiqətən qürurvericidir.

Ulu Öndərlə bağlı mənim də xatirələrim vardır. 1992-1996-cı illərdə Bakıda nəşr olunan “Naxçıvan” qəzetində baş müxbir vəzifəsində çalışırdım. Xoşbəxtəm ki, həmin illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin jurnalistlərlə görüşlərində, mətbuat konfranslarında iştirak etmişəm. Ümummilli Lideri yaxından görmək, onun qiymətli fikirlərini dinləmək mənə də qismət olmuşdur. O görüşlər mənim üçün ən mənalı, ən dəyərli xatirələrdir, həyatımın ən xoşbəxt anları olmuşdur. Görüşlərdə dahi rəhbər jurnalistlərə kütləvi informasiya vasitələrində həmişə həqiqəti əks etdirməyi tövsiyə edərdi.

...Azərbaycan Prezidenti Heydər Əliyevin siyasəti nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktı imzalandı. O vaxt həmin neft kontraktı ilə bağlı Ulu Öndərin mətbuat konfransı keçirildi. İştirak etdiyim həmin konfransda ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin mahiyyəti barədə geniş məlumat verdi. Müdrik rəhbər neft müqaviləsinin müstəqil Azərbaycanın tərəqqisində çox əhəmiyyətli rol oynayacağını vurğuladı. Azərbaycanın bugünkü dinamik inkişafı Ulu Öndərimizin o vaxt uzaqgörənliklə söylədiyi qiymətli fikirlərin əyani təsdiqidir.

Bu gün Azərbaycanın çox sürətli inkişafının, ölkədə qazanılan nailiyyətlərin əsasını müdrik rəhbər Heydər Əliyev qoymuşdur. Azərbaycanın xoşbəxtliyi, tərəqqisi dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir.

İbrahim Əsədov

AZƏRTAC-ın əməkdaşı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı