AZƏRBAYCAN DİPLOMATI AKTAUDA SAXLANAN VƏTƏNDAŞLARIMIZLA MARAQLANMIŞDIR
Xəzər dənizinin Qazaxıstan sektorunda Azərbaycana məxsus “Kəpəz” balıqçı gəmisinin saxlanması ilə bağlı vəziyyətlə tanış olmaq üçün Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi Şahin Əhmədov Aktau şəhərinə ezam edilmiş, Mangistay vilayəti hüquq-mühafizə orqanlarının nümayəndələri ilə müxtəlif səviyyələrdə görüşlər keçirmişdir.
O, AZƏRTAC-ın müxbirinə demişdir ki, “Kəpəz” gəmisi və şəxsi heyəti həbs edilməmiş, saxlanmışdır. Qazaxıstan Cinayət Məcəlləsinin 287-ci maddəsinin ikinci bəndi ilə cinayət işi açılmış və ilkin istintaq bitmək üzrədir.
Diplomat gəminin şəxsi heyəti ilə də görüşmüş, onların vəziyyəti ilə maraqlanmışdır.
Aktaudakı Azərbaycan diasporunun nümayəndələri ilə keçirilən görüşlərdə bu hadisə ilə bağlı fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]