Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunub
Bakı, 12 aprel, Emil Məlikov, AZƏRTAC
Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə ADMİU-nun Aşıq sənəti kafedrasının müəllim və tələbələrinin ifalarında Azərbaycan aşıq musiqisi səsləndirilib.
Konsert proqramında həmçinin “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” və digər aşıq havaları ifa olunub.