Azərbaycan Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclasında təmsil olunur
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclası işə başlayıb. İcraiyyə şurasının iclasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 4-dək davam edəcək iclasda cari ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, işçi qrupların hesabatları, təşkilatın maliyyə vəziyyəti, təşkilatın icraiyyə şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]