AZƏRBAYCAN ELMİNİN BEYNƏLXALQ İNTEQRASİYASINDA UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDİLMİŞDİR
Son bir ildə Bölmənin əməkdaşları fundamental elmin inkişaf etdirilməsi sahəsində müsbət nəticələr əldə etmişlər. 15 problem üzrə tədqiqatlar aparılmış, 19 mühüm nəticə alınmış, kənd təsərrüfatı və tibb müəssisələrində tətbiq edilmişdir.
Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə ekstremal mühit amillərinə qarşı davamlı bitki sortlarının yaradılması uğurla nəticələnmişdir. Görkəmli alim respublikanın fermer təsərrüfatlarının mütəxəssislərini, beynəlxalq seleksiya mərkəzlərinin ekspertlərini və beynəlxalq bankın nümayəndələrini müxtəlif aqroekoloji şəraitdə beçərilən buğda sahələri ilə tanış etmiş, yaradılmış sortlar haqqında seminarlarda, sərgilərdə fermerlərə və xarici ölkə alimlərinə geniş məlumat vermişdir.
İclasda aktual elmi problemlərdən və onların həlli ilə bağlı elmi tədqiqat institutları kollektivlərinin qarşısında duran vəzifələrdən də ətraflı danışılmışdır.