Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında bu günədək 109 onlayn imtahan keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2019/2020-ci tədris ilinin yay imtahan sessiyası davam edir.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu günədək “Microsoft Teams” platforması vasitəsilə 109 onlayn şifahi imtahan keçirilib. Bu imtahanlar akademiya tələbələrinin 96 faizini təşkil edib.
Ali təhsil müəssisəsində yay imtahan sessiyası iyulun 9-da yekunlaşacaq. İmtahanda hər hansı səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr avqust və sentyabr aylarında ödənişsiz növbəti dəfə imtahan verə biləcəklər.