AZƏRBAYCAN FUTBOLÇULARI ŞOTLANDİYANIN “KİLMARNOK” KOMANDASINI BÖYÜK HESABLA MƏĞLUB ETMİŞLƏR
Bakı, 7 yanvar (AZƏRTAC). Antalyada təlim-məşq toplanışı keçirən Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması yanvarın 7-də Şotlandiyanın “Kilmarnok” klubunun ikinci komandası ilə yoldaşlıq görüşü keçirmişdir.
AFFA-dan bildirmişlər ki, görüş 4:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatmışdır. Futbolçularımız arasında Əfran İsmayılov iki dəfə, Cavid İmanverdiyev və Natiq Kərimli isə hərəyə bir dəfə fərqlənmişlər. Xatırladaq ki, yığmamız əvvəlcə Şotlandiyanın “Dandi Yunayted” klubu ilə görüşməli olsa da, oyun təqvimində edilən dəyişiklikdən sonra bu komanda ilə yanvarın 9-da qarşılaşmaq qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]