AZƏRBAYCAN GƏNCLƏRİ CƏNUBİ KOREYAYA SƏFƏR EDƏCƏKLƏR
Bakı 20 iyul ( AZƏRTAC). Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma memorandumuna əsasən, ikinci ildir ki, gənclər mübadiləsi həyata keçirilir.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, iyulun 21-də nazirliyin bir neçə əməkdaşı və 10 nəfər ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Koreya Respublikasına səfərə gedəcəkdir. Səfər iyulun 30-dək davam edəcəkdir.
Mübadilə proqramına əsasən, koreyalı gənclər avqustun 12-də ölkəmizə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]