AZƏRBAYCAN GƏNCLƏRİNİN DƏÖZ SEVGİLİLƏR GÜNÜ VAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbir iştirakçıları müqəddəs Şəhidlər xiyabanında uyuyan İlham və Fərizənin məzarlarını ziyarət etmiş, onların ruhlarına dualar oxumuşlar.
Mərasimi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynalov açaraq Sevgililər günü münasibətilə iştirakçıları təbrik etmiş və bildirmişdir ki, bayramın bu gün burada qeyd olunmasının rəmzi mənası var. Çünki 1989-cu ildə xalqımızın mərd, cəsur övladları İlham və Fərizənin toy günü iyunun 30-da məhz bu sarayda olmuşdu. Azərbaycan gənclərinin artıq başqa sevgililər günü yoxdur. Bu tarix Azərbaycanın Şərqə bəxş etdiyi ən şərəfli günlərdən biridir.
Tədbirdə İlhamın və Fərizənin anaları hamı tərəfindən böyük sevgi və hörmətlə qarşılanmışlar. Milli Məclisin deputatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin, ziyalıların və gənclərin iştirak etdikləri bayram gecəsində incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.