Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: İli bizim üçün uğurlu hesab etmək olar - MÜSAHİBƏ

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: İli bizim üçün uğurlu hesab etmək olar -  MÜSAHİBƏ

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Başa çatmaqda olan 2023-cü ili Azərbaycan gimnastikası üçün necə dəyərləndirirsiniz?

- İli uğurlu hesab etmək olar. Çünki 2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı. Akrobatlarımız Avropa çempionu oldular. Onlar yeddi qızıl və iki gümüş medal əldə etdilər. Təbii ki, bu nəticələr bizi çox sevindirir. Müasir zamanda idman dəyişir və gimnastika növləri də inkişaf etməlidir. İnanıram ki, idmançılarımız günün nəbzini tutaraq, öz karyeralarını daha da təkmilləşdirəcəklər.

- Bu il Azərbaycanda gimnastika üzrə bir sıra vacib turnirlər təşkil olunub. Həmin yarışlar barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, gimnastikanın dörd növü üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etmişik. Bu, fevral, mart və aprel aylarını əhatə edib. Bundan sonra isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olundu. Burada əldə olunan nailiyyətlərin Azərbaycan gimnastika tarixində mühüm rolu var. İlk dəfə olaraq, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa çempionu adına layiq görüldü. Bundan başqa, Zöhrə Ağamirovanın qitə birinciliyində bürünc mükafat qazanması onun karyerasında dönüş nöqtəsi oldu. Ardınca daha üç beynəlxalq yarış baş tutdu. Aprel ayında gənclər və böyüklər arasında yarış keçirildi. Federasiyamız tərəfindən 2016-cı ildən etibarən hər il Bakıda orta hesabla 5-6 turnir təşkil olunur. Həmçinin bu il Naxçıvan ilk dəfə beynəlxalq turnirə ev sahibliyi etdi. Gələcəkdə bunu ənənəyə çevirməyi düşünürük. Qubada bədii gimnastika üzrə Azərbaycan birinciliyi baş tutdu. Bölgələrdə keçirilən yarışların sayının artması gimnastikanın daha çox inkişaf etməsinə təkan yaradacaq. Quba Olimpiya İdman Kompleksinə gələn tamaşaçı sayından başa düşdük ki, bölgələrimizdə, xüsusilə, bədii gimnastikaya maraq çoxdur. Belə yarışların təşkili yığma komandamızda bölgə gimnastlarını görəcəyimizə dair ümidləri artırır. Əminəm ki, düşündüyümüzü həyata keçirə biləcəyik. Sonra paytaxtımızda ikinci dəfə “Ocaq cup” adlı beynəlxalq yarış reallaşdı. Bundan əlavə, hər il milli turnirlər təşkil edirik.

- Bədii gimnast Zöhrə Ağamirova İspaniyanın Valensiya şəhərində keçirilmiş dünya çempionatında “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi. Onun ikinci dəfə olimpiadada iştirak hüququ qazanmasını necə şərh edərdiniz?

- Bəli, bu, onun ikinci lisenziyasıdır. Ümid edirik ki, gimnastımız ölkəmizi layiqincə təmsil edəcək. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın da Olimpiya Oyunlarında iştirak üçün lisenziya qazanmaq şansları var. Onlar hazırda Avropa çempionatına hazırlaşırlar. Bu turnirdə olimpiadaya lisenziya oynanılacaq. İnanırıq ki, bacaracaqlar. Kişi idmançılardan da iki gimnastımızın belə şansı var. İvan Tixonov gələn il baş tutacaq Avropa çempionatında çoxnövçülük, Nikita Simonov isə Dünya Kubokunda halqa ilə hərəkətlər üzrə Olimpiya lisenziyası götürə bilər.

Qadın gimnastlar arasında isə Nazənin Teymurovanın şansı var. O, Avropa çempionatı ilə yanaşı, Dünya Kubokunda lisenziya əldə etmək uğrunda mübarizə aparacaq. Batut gimnastikasında isə Selcan Mahsudovadan lisenziya gözləyirik. Gimnastikanın digər növlərindən fərqli olaraq, batutda yalnız dünya və Avropa çempionatlarında lisenziya oynanılır. Dünya Kuboku yarışları lisenziya xarakteri daşımır.

- Bu il həmçinin Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iki qızıl medal qazanıldı...

- Bu, tarixi hadisə idi. Tamblinq üzrə ilk dəfə qızıl medal əldə etdik. Mixail Malkin dünya çempionu adına yiyələndi. Bildiyiniz kimi, 2018-ci ildə Avropa çempionatı Bakıda keçirilmişdi. Bu yarışda o, birinci yeri tutmuşdu. Həmin turnirdən sonra nəinki Azərbaycan, bütün gimnastika ictimaiyyəti Malkinin dünya çempionu olmasını gözləyirdi. Bir müddət zədə səbəbindən buna nail ola bilmədi. Tam gücü ilə məşq etməsi mümkün deyildi. Bəzən müəyyən səhvlər edirdi. Amma çox sevinirik ki, ona bəslənən ümidləri doğrulda bildi. Komanda hesabında əldə olunan qızıl medal sayı da gimnastika tarixində uğurdur. Burada Mixail Malkinlə yanaşı, komanda yoldaşları da çox yaxşı təsir bağışladı. Təbii ki, onların əziyyəti öz bəhrəsini verdi. Tofiq Əliyev və Adil Hacızadə isə həmin yarışda debüt çıxışlarını etdilər. Təcrübələrinin az olmasına baxmayaraq, ortaya ürəkaçan nəticə qoya bildilər. T. Əliyev finala vəsiqə qazanmağı bacardı və sevindirici haldır ki, ilk dördlüyə düşə bildi. Adil də nəticəsinə görə finalda iştirak edə bilərdi. Ancaq həlledici mərhələdə bir ölkədən cəmi iki gimnastın iştirakına icazə verilir. Buna görə də A. Hacızadə finalda öz çıxışını göstərə bilmədi.

- Birmingemdə batut və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarında da uğurlu nəticələr əldə olundu. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı...

- Batut Azərbaycan üçün nisbətən yeni idman növü hesab edilir. 2013-cü ilin sonundan federasiyamız batutun inkişafı üçün səylər göstərir. Nəticələr özünü doğruldur. 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında İlya Qrişun bürünc medal qazandı. Daha sonra ölkəmizdə yetişən gənc nəsil idmançılar mötəbər yarışlarda layiqli çıxışları ilə fərqləndilər. Sinxron proqramda təmsilçilərimiz İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yaxşı nəticələr göstərdilər. Samirə Hüseynova və Ayan Şabanova gümüş, Aleksey Karataşov bürünc medal qazanaraq bayrağımızı beynəlxalq arenada dalğalandırdılar. Bu uğurlar onu göstərir ki, Azərbaycanda bir-birini əvəz edə biləcək gənc gimnastlar yetişir. Ümid edirik ki, batut gimnastikası üzrə yarışlarda uğurlarımız getdikcə çoxalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik