Azərbaycan gimnastları Sarayevoda beynəlxalq turnirdə medallar qazanıblar
Sarayevo, 11 mart, AZƏRTAC
Azərbaycan gimnastları Bosniya və Herseqovinada keçirilən beynəlxalq turnirdə medallar qazanıblar.
AZƏRTAC xəbər verir ki, Sarayevo şəhərində 7-12 yaşlı gimnast qızların XXI Olimpiya Kuboku Beynəlxalq turniri keçirilib. Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya və Azərbaycandan gəlmiş 400-dək gimnast iki gün ərzində Sarayevonun mərkəzindəki Ramiz Salçin adına İdman Sarayında öz məharətlərini nümayiş etdirib.
Beynəlxalq turnirə qatılanlar arasında Bakıda fəaliyyət göstərən “Sportsboks” idman məktəbinin kiçikyaşlı gimnastları da olublar. Məşqçi Kamilla Kazımovanın yetirmələri yarışda uğurla çıxış ediblər. Münsiflər heyətinin qərarı ilə Dilşad Babayeva, Arzu Sadiq, Selin Məmmədova, Sofiya Cəfərova, Suel Quluzadə, Amira Eynullayeva, Sürəyya Zeynalova birinci, Minayə Ələsgərova və Suel Şükür ikinci yerə layiq görülüblər.
Qaliblərə xatirə medalları, sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]