AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASININ KUBOKU UĞRUNDA BEYNƏLXALQ TURNİRİN AÇILIŞI OLMUŞDUR
Bakı, 25 aprel (AZƏRTAC). Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) kuboku uğrunda ikinci beynəlxalq yarışın açılış mərasimi olmuşdur.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Özbəkistan, Böyük Britaniya, Çexiya, Rumıniya, İsrail və İspaniya yığma komandaları da mübarizə aparırlar.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirliyinin idman sektorunun müdiri Mirkamil Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev Azərbaycanda güləş məktəbinin tarixi ənənələrindən danışmışlar. Vurğulanmışdır ki, bu yarış 2010-cu ildə Sinqapurda keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarının iştirakcılarını müəyyən etmək, habelə, 2012-ci il London Olimpiadasınadək istedadlı idmançıların aşkarlanması baxımından əhəmiyyətlidir.
İncəsənət ustalarının çıxışından sonra yunan-Roma güləşi üzrə yeniyetmələr arasında final və üçüncü yerlər uğrunda qarşılaşmalar olmuşdur.
Aprelin 26-da isə mübarizəyə gənc yunan-Roma güləşçiləri qoşulacaqlar.
Aprelin 27-28-də isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcəkdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]

