AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ AVROPA ÇEMPİONATINDA ÇIXIŞLARA UĞURLA BAŞLAMIŞLAR
Bakı, 22 iyul (AZƏRTAC). Serbiyanın Zrenyanin şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa birinciliyi keçirilir. Sərbəst güləşçilərimiz yarışın ilk günündə 2 medal qazanmışlar.
Birinci gün 5 idmançımız mübarizə aparmışdır.
85 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan çempionu Elcan Usubzadə ilk görüşdə türkiyəli Kərim Özbayı, növbəti qarşılaşmada gürcüstanlı Levan Qoqritçiani məğlub edərək dörddəbir finala çıxmışdır. Bu mərhələdə idmançımızın rəqibi Ermənistan güləşçisi Vahe Tamrazyan olmuşdur. O da Elcanın qarşısında duruş gətirə bilməmişdir. Pəhləvanımız yarımfinalda polşalı Robert Barana qalib gəlmiş, Avropa çempionu adı uğrunda qarşılaşmada isə rusiyalı Məhəmmədhacı Xatiyevə uduzaraq gümüş medal qazanmışdır.
69 kiloqram çəki dərəcəsində yarışan Kazım Abbasov isə ilk qarşılaşmada türkiyəli Əbdülqədir Özmene uduzsa da, rəqibin finaladək irəliləməsi idmançımızın təsəlliverici görüşlərdə iştirakına imkan yaratmışdır. Əvvəlcə almaniyalı Mark Pohlmanı məğlub edən Kazım bürünc medal uğrunda Ermənistan güləşçisi David Apoyanla üz-üzə gəlmişdir. Qarışlaşmanın birinci hissəsində idmançımız uduzsa da (0:2), sonrakı hissələrdə böyük hesabla (6:0, 6:1) qalib gəlmişdir.
Digər idmançılarımızdan 58 kiloqram çəkidə Nurlan Hacıyev 5-ci, 50 kiloqram çəkidə Fərrux Ələkbərov 7-ci, 42 kiloqram çəkidə Mircəlal Həsənzadə 10-cu yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]