Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Gürcüstan münasibətləri qonşu Ermənistan üçün nümunə olmalıdır - ŞƏRH

Azərbaycan-Gürcüstan münasibətləri qonşu Ermənistan üçün nümunə olmalıdır -  ŞƏRH

Bakı, 17 aprel, AZƏRTAC

Cənubi Qafqaz regionu ərazisinə və əhalisinin sayına görə dünyada böyük olmasa da, əhəmiyyətinə və maraq cəlb etməsinə görə əsas regionlardan biri hesab oluna bilər. Təhlükəsizlik, enerji, logistika, dəhlizlərin kəsişməsi və digər amillər bizim regionun əsas mövzularındandır. Bu regionda üç ölkənin yerləşməsinə baxmayaraq, Cənubi Qafqazın iki əsas dövlətinin olması artıq heç kimdə şübhə doğurmur. Bunlardan biri və birincisi enerji resursları, Xəzərlə sərhəd olmasından başqa, regionun və qonşu dövlətlərin hamısını birləşdirən, bu yolla həm də Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycandır. Digəri isə Qərbdən regionumuza və Cənubi Qafqazdan da Qərbə açılan qapı roluna sahib Gürcüstandır. Azərbaycanla Gürcüstanı təkcə regional mövqe və qonşuluq münasibətləri birləşdirmir, fərqli dini dəyərlərə sahib olsaq da, bizi yüzilliklər ərzində eyni dövlətin tərkibində mövcud olmaq, oxşar tarix və bir sıra digər dəyərlər də birləşdirməkdədir. Qapalı bir dövlətdən canımızı qurtarıb müstəqilliyimizə qovuşmağımız nəinki bizim sahib olduğumuz dəyərlərdən uzaqlaşmağımıza səbəb olmadı, əksinə münasibətlərimizin daha da inkişaf etdirilməsinə və daha sıx əməkdaşlığa səbəb oldu. Bu gün Azərbaycanla Gürcüstanın inkişaf etməkdə olan münasibətləri bir çox ölkələr, o cümlədən də qonşu Ermənistan üçün ciddi nəticələrə gətirib çıxaran nümunə olmalıdır. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanla Gürcüstan arasında baş verənləri ən yaxından müşahidə edən Ermənistan tərəfi bu günə qədər olanlardan düzgün nəticə çıxarmır. Əksinə, özünün təcrid olunmasına gətirib çıxaran siyasətini hər gün davam etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov səsləndirib.

O xatırladıb ki, keçən əsrin 90-cı illərində müstəqilliklərini bərpa etdikdən müəyyən müddət sonra Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafına və ümumilikdə regionun inkişafına yönələn uzaqgörən və müdrik siyasətə üstünlük verilməsi özünü doğruldub: “İki dövlət, xüsusilə də qonşu dövlətlər arasında mümkün ola biləcək bütün münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat, logistika, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə ciddi önəm verilməkdədir. Hazırda özünün və tranzit ölkə kimi digər ölkələrin enerji resurslarının ixrac edilməsi layihələrinin demək olar ki, hamısını Gürcüstan üzərindən həyata keçirən Azərbaycan dünyanın 12 ölkəsinə qaz nəql edirsə onlardan ilk sırada duranlardan biri də qonşu Gürcüstandır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz dəhlizi və bir sıra digər böyük layihələrin reallaşmasından sonra artıq müasir dövrün prioritetlərinə uyğun yaşıl enerji layihələrinin əsasını qoymaqdayıq. Göründüyü kimi, bu münasibətlərin mövcud olduğu proses sonsuz xarakter daşıyır”.

Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini həmişə dəstəkləyən Gürcüstana bizim münasibətimizin də adekvat olduğunu bildirən politoloq keçmiş Qarabağ münaqişəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə edən Gürcüstana, onun beynəlxalq səviyyədə tanınan ərazilərinə münasibətdə istənilən qanunsuz və hüquqazidd addıma Azərbaycanın da ədalətli yanaşmasının özünü çox gözlətmədiyini qeyd edib. Belə ki, ən son hadisələr - Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” və LGBT təbliğatını qadağan edən qanunların qəbuluna beynəlxalq qərəzli münasibət və kənar müdaxilələr zamanı Azərbaycanın tutduğu mövqe, Gürcüstan dövlətinin və gürcü xalqının yanında olması bizim münasibətləri daha da gücləndirib.

“Zamanında eyni təzyiqlərə və qanunsuz müdaxilələrə məruz qalmamaq üçün preventiv tədbirlər görən, qanunvericiliyinə lazımi dəyişikliklər edərək sui-istifadə imkanlarının qarşısını vaxtında alan Azərbaycan elə zamanında da qonşu Gürcüstanın yanında oldu. Məhz ona görə də keçirilən son seçkilərdən sonra Baş nazir İrakli Kobaxidzenin ölkəmizə səfər etməsinin ardından Mixeil Kavelaşvili də Gürcüstan Prezidenti kimi ilk rəsmi səfərini Azərbaycana etdi. Azərbaycan Prezidenti İlham Əliyevin də səfər etməyə üstünlük verdiyi qonşu ölkələrdən biri kimi Gürcüstan rəhbərlərinin qarşılıqlı addımları ölkələrimiz arasında münasibətlərin əsas göstəricilərindən hesab oluna bilər. Bu qarşılıqlı səfərlərdə və digər formalarda sıx təmaslarda müzakirə edilən taleyüklü məsələlərin və əldə edilən uğurlu nəticələrin iki region ölkəsi arasında münasibətlərin inkişafının təsadüfi məqamlara deyil, qarşılıqlı məntiqə, konkret hədəflərə və tərəflərin dövlətçilik maraqlarına xidmətə əsalandığını demək üçün ciddi zəmin yaradır.

Region ölkəsi kimi Gürcüstanı da narahat edən keçmiş Qarabağ münaqişəsinin həllini tapması və artıq bir neçə ildir ki, Cənubi Qafqaza yeni reallıqlar gətirməsi qonşu Gürcüstanın da diqqətini cəlb etməmiş deyil. Yeni reallıqları qəbul edən və ən yüksək səviyyədə dəstəkləyən ölkələrdən biri də Gürcüstandır. Bu bizə regionumuzu sülh və təhlükəsizlik regionuna çevirməyə, “Qafqaz evi” yaradaraq bu evdə sülh şəraitində yaşamağa və inkişaf etməyə ciddi imkanlar yaradır. Bu məsələdə də diqqətlər sülh prosesində Ermənistana ötürdüyümüz topa yönəlir. Həmin topla Ermənistan regionumuzun qaydaları çərçivəsində və yerli aktorlarla oynamalı, onu kənar qüvvələrə ötürməlidir. Bunun üçün isə, qonşu demək məcburiyyətində qaldığımız Ermənistanın iqtidarına Azərbaycan və Gürcüstan iqtidarlarında olan iradə, güc və müstəqillik lazımdır”, - deyə politoloq Xəyal Bəşirov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək