Azərbaycan hakimi Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz “Çağırış kuboku” yarışlarının onaltıdabir final mərhələsində iş başında olacaq.
F.Ağayev Krasnodarda qadın voleybolçular arasında keçiriləcək “Dinamo” (Rusiya) - “Qraz” (Avstriya) matçında baş hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 12-də keçiriləcək görüşdə baş hakimə almaniyalı Matias Evald köməklik edəcək.
Komandalar arasında keçirilən ilk oyunda “Dinamo” 3:2 hesabı ilə qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]