Azərbaycan I Liqasında çıxış edən komandaya texniki məğlubiyyət verilib
Bakı, 23 dekabr, AZƏRTAC
AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" klubuna texniki məğlubiyyət verib.
AZƏRTAC xəbər verir ki, buna komandanın çempionatın XI turunda MOİK-lə oyunda legioner limitini pozması səbəb olub. 0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” həm də 1200 manat cərimə ödəyəcək.
Bundan başqa, komandanın futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.
MOİK-in futbolçusu Nihad Qurbanlı isə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 300 manat cərimələnib.
Qeyd edək ki, “Zaqatala” – MOİK görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]