Azərbaycan icması Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Praqada piket keçirib
Bakı, 19 sentyabr, AZƏRTAC
Çex Respublikasında yaşayan Azərbaycan icması Praqa şəhərində icazəli piket keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Krizovnicke namesti” meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, yerli ictimaiyyətin diqqətini mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Diaspor fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə keçirilən piket zamanı Ermənistanın son təxribatı nəticəsində həlak olan hərbçilərimizin siyahısı, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “UNESCO, İrəvandakı Azərbaycan irsini qoru!”, “Erməni vandalizmini dayandırın!” kimi şüarlar nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]