AZƏRBAYCAN İDMANÇILARI BEYNƏLXALQ TURNİRDƏ 4 MEDAL QAZANMIŞLAR
Dağıstanda sərbəst güləş üzrə keçmiş SSRİ çempionu Surroqat Asyatilovun şərəfinə beynəlxalq turnir keçirilmişdir.
Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Firdovsi Umudov AZƏRTAC-a bildirmişdir ki, turnirdə idmançılarımız 1 gümüş, 3 bürünc medal qazanmışlar.
Güləşçilərimizdən Mircəlal Həsənzadə (38 kq) yalnız final görüşündə məğlub olaraq ikinci yerə çıxmışdır.
Digər pəhləvanlarımız - Elçin Məmmədov (42 kq), Ümid Məmmədov (58 kq) və Kamran Yunusov (76 kq) isə üçüncü yerlə kifayətlənmişlər.
Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət əsas yığma komandamız iyunun 24-dən 29-dək Latviyanın Dauqavpils şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]