AZƏRBAYCAN İDMANÇILARI PEKİN YAY OLİMPİYA OYUNLARINA LİSENZİYA XARAKTERLİ TURNİRDƏ QÜVVƏLƏRİNİ SINAYACAQLAR
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 12-də ölkəmizin akademik avarçəkmə üzrə milli komandası Polşanın Poznan şəhərinə yola düşmüşdür.
Baş məşqçi Samir Məmmədovun rəhbərliyi ilə idmançılarımız ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə və Dünya Kubokunun III mərhələ yarışında qüvvələrini sınayacaqlar.
İyunun 15-dən 18-dək davam edəcək lisenziya xarakterli turnirdə Fikrət Məmmədov və Kamal Məmmədov dueti çıxış edəcəkdir. Onlar 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaqlar.
Pekin Olimpiadasına lisenziyanı hər kateqoriyada ilk “üçlüy”ə daxil olan idmançılar qazanacaqlar.
İyunun 20-də start götürəcək Dünya Kubokunun III mərhələ yarışında isə daha iki avarçəkənimiz - Cavid Əfəndiyev və Xəyal Zülfüqarov qüvvələrini sınayacaqlar. Onlar bir, iki və dörd nəfərlik qayıqlarda çıxış edəcəklər.
Yarışa iyunun 22-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]