AZƏRBAYCAN İDMANÇISI PEKİN OLİMPİADASINA VƏSİQƏ QAZANA BİLMƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, İsveçin Haparanda şəhərində keçirilən qadın güləşi üzrə Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turniri başa çatmışdır.
Turnirdə Azərbaycanı təmsil edən yeganə idmançı Zümrüd Qurbanhacıyeva (72 kq) uğursuz çıxış edərək, Olimpiadaya vəsiqə əldə edə bilməmişdir. Mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan Z.Qurbanhacıyeva ilk rəqibi Narançimeq Jeleqyamtsni (Monqolustan) məğlub etsə də, növbəti görüşdə Yarasmit Veffer Quanipaya (Venesuela) uduzmuşdur. İdmançımız yarışı dördüncü yerdə başa vurmuşdur.
Turnirdə hər çəkidə ilk “üçlüy”ə düşən idmançılar Yay Olimpiya Oyunlarına lisenziya əldə etmişlər. Bununla da güləş idman növü üzrə lisenziya xarakterli turnirlər başa çatmışdır.
Xatırladaq ki, qadın güləşçilərimiz Pekin Olimpiadasında 4 mümkün çəkidən 3-də təmsil olunacaqlar. Həmin lisenziyalara ötən il Bakıda təşkil olunmuş dünya çempionatında Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq) və Olesya Zamula (63 kq) sahib çıxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]