Azərbaycan ilə İran arasında turizm sahəsində əlaqələr genişlənir
Bakı, 7 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib.
İclasda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb. Sənədin mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair maddəsində tərəflərin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında proqramın imzalanmasına şərait yaradacağı, turizm sahəsi üzrə Azərbaycan və İranın üçüncü ölkələrdən turların təşkil edilməsinə dair razılığa gəldiyi qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]